14 C
Bakı
27 Sentyabr 2025 12:31
Hadisə

Hindistanda tikilməkdə olan körpü çökdü – VİDEO

 

Hindistanın Bihar əyalətinin Bhaqalpur rayonunda tikintisi davam edən Aquvani-Sultanqanc körpüsü uçub.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, səlahiyyətlilər hadisə nəticəsində ölən və yaralananların olmadığını bildirib.

Noyabr və ya dekabrda açılması gözlənilən körpü Qanqa çayı üzərindən Xaqariya və Bhaqalpur bölgələrini birləşdirəcəkdi.

Körpünün hansı səbəbdən çökdüyü hələ ki məlum deyil.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Xatırladaq ki, ötən ilin aprelində körpünün bir hissəsi uçub.

 

Oxşar xəbərlər

ABŞ-də göz qırpımında hakimə hücum edildi – ŞOK VİDEO

redaktor

Xameneinin nümayəndəsi müəmmalı şəkildə öldü

redaktor

“Toppuş bacı” vəfat etdi

redaktor