Hadisə

“TikTok”da videoları ilə gündəmə düşən gənc qəzada vəfat etdi

 

Abşeron rayonunun Mehdiabad qəsəbəsində ölümlə nəticələnən qəza baş verib.

Tacxeber.com Avtosfer.az-a isitnadən xəbər verir ki, 30 may tarxində baş verən qəzanın əsas səbəbinin yüksək sürtə həddi olduğu bildirilir.

Belə ki, 90-OX-168 dövlət nömrə nişanlı, “Qaz31” markalı avtomobilin sahibi anidən idarəetməni itirərək öncə yol kənarındakı ağaclara, daha sonra isə şəhid adına tikilən bulağa çırpılıb. Nəticədə tamamilə yararsız vəziyyətə düşən avtomobilin sürücüsü hadisə yerindəcə keçinib. Yan sükanda əyləşən dostu isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza qurbanına çevrilən Rüstəm adlı gənc “TikTok” hesabında yol-hərəkəti qaydalarına zidd, avtoxuliqanlığı nümayiş etdirən videolar paylaşıb.

Tacxeber.com

Oxşar xəbərlər

“30 saniyənin söhbəti oldu” – Qobustandakı qəzadan sağ çıxan sürücü

redaktor

Suraxanıda yanğının evlərə keçməsinin qarşısı alındı – FOTO/VİDEO

admin

Fərhad Əhmədov üzərində həbs olan yaxtasına görə Bakıda dindirilib.

admin