20 C
Bakı
24 İyun 2025 07:19
Siyasət

Kılıçdaroğlunun məğlubiyyətinə CHP-nin İcraiyyə Komitəsi istefa verdi

 

Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının (CHP) İcraiyyə Komitəsi Türkiyədə prezident seçkilərinin ikinci turunda müxalifət liderinin məğlubiyyətindən sonra cümə axşamı tam tərkibdə istefa verib. CHP-nin rəhbər orqanının toplantısı 4,5 saat davam edib və mətbuata bağlı keçirilib.

Tacxəbər.com xəbər verir ki, bu barədə “CNN Turk” məlumat yayıb.

Teleşirkətin məlumatına görə, Türkiyənin ən qədim partiyasının rəhbərliyinin 17 nümayəndəsi istefa verib.

Yerli mətbuatın yazdığına görə, Kılıçdaroğlu 2010-cu ildən CHP-yə rəhbərlik etsə də, bir dəfə də olsun ümumxalq seçkilərində qalib gəlməyən liderin dəyişməsinin zəruriliyi barədə fikirlər səslənir. Lakin Kılıçdaroğlu bir müddət əvvəl vəzifəsini tərk etmək fikrində olmadığını bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

İlham Əliyevin Paşinyana baxışları gündəm oldu – Video

redaktor

Trasın istefası ilə bağlı diqqət çəkən ŞOK DETALLAR – Gizlində baş verənlər…

redaktor

Simonyanda gizli səs yazısı… – Kremldən cavab

admin