14 C
Bakı
27 Sentyabr 2025 14:11
Siyasət

ABŞ Əliyevin Xankəndi bəyanatını dəstəklədi: ermənilər şokda – Bu, başlanğıcdır

 

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidəki separatçılar ilə bağlı verdiyi bəyanatın ABŞ tərəfindən müsbət qiymətləndirilməsi, erməniləri ciddi şəkildə məyus edib.

“ABŞ-nin bu bəyanatını belə şərh etmək olar: “Əgər siz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsınızsa, o zaman bu ərazidə hansı prezidentdən söhbət gedə bilər”.

Tacxeber.com xəbər verir ki, bunu erməni politoloq Edqar Elbakyan deyib.

Ekspertin fikrincə, bu, yalnız başlanğıcdır.

“Bunun ardınca Ermənistandan maliyyələşmənin dayandırılması, pasport məsələsi, dərslik məsələsi və sair. Proses geri dönməz xarakteri daşıyır. Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı andan onların heç bir rıçaqları qalmayıb”, – Elbakyan qeyd edib.

Elbakyan bunu Ermənistan hakimiyyətinin yürütdüyü klassik təslimçilik siyasəti adlandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Qarabağdakı “nazir oyunu” – Bakının səbri tükənir, anti-terror əməliyyatı qaçılmazdır – ŞƏRH + FOTO

admin

Rusiyanın növbəti qurbanı kim olacaq?

admin

“Süleymani İranın nüvə bombasının atası olan dəhşətli adam olub” – Tramp

admin