21 C
Bakı
21 İyun 2025 22:38
Maqazin

Əməkdar artist: “Başımdakı meyvələrimlə Azərbaycanın fəxriyəm”

“Bizimləsən” verilişinin dünənki buraxılışında Əməkdar artist Elza Seyidcahan ilə iştirakçılardan biri arasında gərgin anlar yaşanıb.

Tacxeber.com xəbər verir ki, Elza Seyidcahan Roman adlı iştirakçının üst geyiminə irad bildirib, qalın olduğunu deyib. Bu isə Romanın narazılığına səbəb olub və ona sərt reaksiya verib.

O, əməkdar artistə “Başımda meyvə ilə gəzmirəm ki?” deyərək etiraz edib. Bu reaksiyadan əsəbiləşən müğənni isə belə cavab verib:

“Demək istəyirəm ki, istidir. Sənə bunu yaxşı mənada dedim. Qaldı ki, başımdakı meyvələrə, onlarla həmişə fəxr edirəm. O bir sənətkarın obrazıdır. Bədənini döydürüb o günə qoymaqdansa, başına meyvə qoysaydın bundan min dəfə yaxşı olardı. Pis mənada demədim. Yaz fəslidir, efirdən baxırlar. Deyirsiniz ki, böyük bəstəkaram. Təvəzökarlıqdan uzaq olsa da belədir. Geyimdə və imicdə olsun, başımdakı meyvələrimlə Azərbaycanın fəxriyəm”.

Sonda Roman ifaçıdan üzr istəyib.

Tacxeber.com

Oxşar xəbərlər

Əməkdar artistdən ailə qurmaq istəyən xalasına: “Barı ərinin ili çıxardı” – VİDEO

redaktor

Xoşqədəm canlı efirdə Doğuşdan AÇIQLAMA İSTƏDİ – VİDEO

redaktor

Seda Sayan Xoşqədəm haqda elə sözlər dedi ki… – Video

redaktor