10 C
Bakı
27 Mart 2026 16:02
Siyasət

Putin bilir ki, Əliyevə hamı hörmət edir – Markov

 

Azərbaycan Prezidenti İlham Əliyev tarixdə ilk dəfə olaraq Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edib. Bu əlamətdar və çox mühüm hadisədir. Bəlkə də effektivlik və perspektiv baxımından Putin-Əliyev-Paşinyan görüşündən də önəmli hadisədir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Əliyev bununla da Azərbaycanla Aİİ-nin əsas dövlətlərinin çoxtərəfli formatda daha da yaxınlaşmağa hazır olduğunu nümayiş etdirdi. Azərbaycan bu gün MDB məkanında bu və ya digər dərəcədə bütün qonşuları ilə konstruktiv münasibətlər qurmağı bacaran dövlətdir. Əliyevə hər yerdə hörmət edirlər. Və bu əhəmiyyətli amildir. Rusiya da bunu bilir. Azərbaycanın siyasi və iqtisadi potensialını, Şərqlə Qərb, türk dövlətləri arasında mövqeyini görürlər. Ona görə də Rusiya üçün Azərbaycanı Aİİ-də istənilən statusda görmək çox yaxşıdır. Üstəlik, Moskva çoxdan buna maraq nümayiş etdirir və Azərbaycanı bura dəvət edir. Azərbaycan da dünyada ciddi transformasiyaların getdiyi yeni geosiyasi və geoiqtisadi reallıqlarda Aİİ dövlətlərinin təkliflərindən bəhrələnə biləcəyini müşahidə etdi”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

New York Post: Ukraynanın iştirakı olmadan Tramp-Putin sülh sazişi mənasızdır

redaktor

Putindən şok: Bu halda Rusiya məhv olacaq!

redaktor

Rusiya Afrikada nə qədər hərbçi saxlayır – rəqəmlər açıqlanıb

redaktor