28 C
Bakı
11 Avqust 2025 20:31
Cəmiyyət

“Ben bu cihana sığmazam” serialında Azərbaycan xəritəsi ilə bağlı səhv aradan qaldırıldı

 

23 may 2023-cü il tarixində Türkiyənin ATV televiziyasınada yayımlanan “Ben bu cihana sığmazam” adlı serialın 32-ci seriyasında təhrif olunmuş Azərbaycan xəritəsi istifadə olunub.

Serialın Azərbaycandan olan çoxsaylı izləyicilərinin də haqlı narazılığına səbəb olan bu halla bağlı sözügedən serialı çəkən “Güzel Adamlar Medya” şirkəti ilə əlaqə saxlanılıb. Şirkət rəsmiləri, texniki səhv yaşandığını bildirərək, baş vermiş yanlışlığa görə Azərbaycan tərəfindən üzr istəyib.

Şirkətə Azərbaycanın xəritəsi təqdim olunub və şirkət həmin seriyanın təkrarında xəritənin düzəldiləcəyini bildirib.

27 may tarixində ATV kanalında 32-ci seriyanın təkrarı yayımlandığı zaman xəritə ilə bağlı səhv aradan qaldırılıb və Azərbaycan xəritəsi düzgün formada istifadə olunub./APA

Tacxeber.com

Oxşar xəbərlər

Pensiyalar bu qaydada artırılacaq – RƏSMİ AÇIQLAMA

redaktor

Misir Mərdanov yenidən nazir olmaq istəyir

redaktor

Qəzzada aclıq tüğyan edir – Bir qurtum suya möhtacdırlar

redaktor