30 C
Bakı
12 Avqust 2025 12:33
Gündəm

Ağcaqanadların əlindən tərpənmək olmur, insanlara zülm edirlər” – Deputat

 

“İndi nəinki rayonlarda, heç Bakıda ağcaqanadların əlindən tərpənmək olmur. Axşam düşməmiş insanlara zülm edirlər”.

Tacxeber.com xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması” haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ağcaqanadların çoxluğu ciddi epidemioloji problem və malyariya xəstəliyi yarada bilər: “Ona görə də ciddi tədbir görülməlidir. Bu, epidemioloji məsələdir, həllinə diqqət yetirmək lazımdır”.

Deputat küçə itləri ilə bağlı problemdənn danışıb: “Rayonlarda və şəhərdə küçə itlərində tərpənmək olmur, onları öldürmək də olmur. Yüksək cərimə tətbiq olunur. Bu da ciddi epidemioloji məslədir. Bəlkə onları Çinə, Koreyaya sataq. Bu, ciddi epidemioloji məslədir”, – o deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Əli Mirəliyev müğənni Yaqutun məzarı önündə üzr istədi – Video

redaktor

“Qərb Rusiyadan qorxur” – Zelenski

redaktor

ABŞ “Gürcü arzusu” rəhbərlərinə və onların ailə üzvlərinə sanksiya tətbiq etdi

admin