Hadisə

Bakıda oğul atasını döydü, qardaşı isə lentə aldı – VİDEO

 

Xəzər rayonu Türkan qəsəbəsində döyülmə hadisəsi baş verib.

Qəsəbənin Sovxoz küçəsində yaşayan Ataxan Şəmsəddin oğlu İbrahimov ailə münaqişəsi zəminində atası I qrup əlil Şəmsəddin İbrahim oğlu İbrahimovu döyərək ona xəsarətlər yetirib.

Başından ciddi xəsarətlər alan atanın görüntülərini kiçik oğlu Rüstəm İbrahimov lentə alıb.

Bizim.Media-nın təqdim etdiyi görüntülərdə Rüstəm İbrahimov qardaşının ünvanına nalayiq ifadələr səsləndirərək atasının döyülməsinə etiraz edib.

Qeyd edək ki, İbrahimovlar Türkan qəsəbəsində kriminal ailə kimi tanınırlar.

 

Oxşar xəbərlər

“Mançester Siti”nin məşqçisinin atası Türkiyədə itkin düşübmüş

redaktor

Salyanda 62 yaşlı kişi böyürtkən yığarkən başına hadisə gəldi

redaktor

“Siyəzən Broyler”in həyətində insan sümükləri aşkarlandı

admin