Siyasət

Saakaşvili: Rusiya bu ərazidən parçalanmağa başlayacaq

 

“Ukrayna şübhəsiz ki, cəbhədə dönüş nöqtəsinə nail olacaq. Qərb Putin rejiminə son qoymaq qərarına gəlib, Rusiya sadə amillərə parçalanmağa başlayacaq – ilk növbədə Şimali Qafqazdan başlayacaq”.

Tacxeber.com xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Formula” telekanalına yazılı müsahibəsində deyib.

“İndi Rusiyanın qara pulları və ya siyasi məqsədləri ilə gözlərini yummuş, Putin Rusiyasına inanan hər kəs çox ciddi yanılır və sonda tam məğlubiyyətə düçar olacaq”, – Saakaşvili qeyd edib.

O həmçinin bildirib ki, Rusiyanın dağılması, Gürcüstana Abxaziyanı qaytarmaq şansı verəcək: “Xilas yalnız Avropa İttifaqı və Ukraynadadır”.

Saakaşvilinin fikrincə, gələcəkdə Gürcüstan “haradasa Soçi bölgəsində” Ukrayna ilə ümumi sərhədə hazırlaşmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Zəngəzur dəhlizinin “nağılları”: Puşkin, Lafonten və Emmanuel Makron

redaktor

SEPAH İsrail və ABŞ-a xəbərdarlıq edib

redaktor

Nursultan Nazarbayevin qardaşı oğlu HƏBS EDİLDİ

redaktor