Dünya

Paşinyan erməni ordusundakı acınacaqlı durumdan danışdı

“Əsgərlərin səhhəti dəhşətli durumdadır, ciddi problem var”.

Tacxeber.com xəbər verir ki, parlamentdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan idman sahəsində xüsusi diqqət verilməsinin vacibliyindən danışıb.

“Mənim fikrimcə, bunlar təkcə bədən tərbiyəsi və idmana aid deyil. Bu həm də xarici təhlükəsizlik mövzusudur, çünki gələcəkdə müvəqqəti və ya müqaviləli hərbi xidmətə gedəcək əsgərlərimiz bu idman zallarında məşq edirlər. Ümumiyyətlə, bu mövzulardan danışmaq uyğun deyil. Amma bu mövzularla məşğul olanlar bilirlər ki, əsgərliyə gedən gənclərimizin neçə faizinin səhhətində problem olduğunu görəndə dəhşətə gəlirsən. Bu, sadəcə olaraq dəhşətdir. Təbii ki, bu məxfi mövzudur. Əlbəttə, aydındır ki, orada korrupsiya göstəricisinin olduğunu güman etmək olar, amma ümumi mənzərəyə təsir göstərə bilməz. İnsanların ciddi sağlamlıq problemləri var. Həmin sağlamlıq problemləri həm də bədən tərbiyəsi və idmanla məşğul olmamaqdan irəli gəlir”, – deyə o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Cənubi Koreyadan sensasiyalı iddia: “Şimal Koreya Rusiyaya yardım üçün 1500 əsgər göndərib, daha 10 min də…”

redaktor

Maskın qızı Trampın prezident seçilməsindən sonra ölkəni tərk etməyə hazırlaşır – Foto

redaktor

68 yaşlı qadın nəvəsini dünyaya gətirdi

redaktor