Hadisə

Meşədə narkotik becərən şəxs saxlanıldı – FOTO

 

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ölkə.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Oğuz şəhər sakini, əvvəllər də məhkum olunmuş Əsgər İsmayılov şübhəli şəxs qismində saxlanılıb. Rayon ərazisində meşəlik əraziyə baxış keçirilən zaman oradan Ə.İsmayılovun becərdiyi çətənə bitkiləri aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsinə narkotik tərkibli bitkiləri bir müddət əvvəl becərdiyini və aqrotexniki qulluq göstərdiyi etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

Oxşar xəbərlər

Belə çıxır ki, təqsirləndirilən jurnalistlər Gömrük Komitəsi ilə əlbir olublar.

admin

İstanbulda növbəti partlayış: yaralılar var

redaktor

“Təbrizin sehrli nağılları” kitabının müəllifi vəfat etdi

redaktor