25 C
Bakı
11 Avqust 2025 01:37
GündəmSağlamlıq

Bədənimizdəki möcüzə yerlər – Bu nöqtələri masaj etsəniz…

Bəzi yerlərə təzyiq etməklə bir çox ağrıların qarşısını almaq mümkündür...

bedenimizdeki-mocuze-yerler

 

Masaj insanı zehni və fiziki olaraq rahatladır. Bədəndəki xüsusi nöqtələrə akupresür masaj texnikası ilə ağrılara son qoymaq mümkündür.

Belə ki, bədənimizdə olan bəzi yerlərə təzyiq etməklə bir çox ağrıların qarşısını almaq mümkündür. Təqribən 5 min il bundan əvvəl Çində yaranan bu vasitə bədəni detoks etmək, üz və bel əzələlərini yumuşaltmaqla ağrıları azaltmaq mümkündür. Bunun üçün ağrılara təsir edəcək yerləri bilməli və masaj vasitəsiylə aradan qaldırmaq lazımdır.

1 – Qaşın ortasından 3 sm yuxarı

Qaşınızın ortasından 3 sm yuxarını 45-60 saniyəyə qədər orta şiddətlə basdıraraq masaj etsəniz, gərginliyi alır, daha yaxşı düşünmənizə və gözlərin yorğunluğunun aradan qalxmasına kömək olacaq.

2 – Diz qapaqlarının 4 barmaq qədər altı və arxası

Diz qapağınızın 4 barmaq altına və arxa hissəsinə hər gün davamlı olaraq 45-60 saniyəyə qədər orta şiddətlə basdıraraq masaj etsəniz, ürək bulanması, siyatik və omba ağrıları, aybaşı ağrıları, yorğunluq və həzm problemlərinə yaxşı təsir edir.

3 – Ayaq barmaqları…

Ayaqdakı baş barmaqla yanındakı barmağın tam ortasından 2 barmaq irəli olan hissəsini 2 dəqiqəyə qədər orta şiddətlə basdıraraq masaj edin. Miqren, baş ağrısı, yuxusuzluq, parkinson və panik atak kimi xəstəliyə gözəl təsir edir.

4 – Ayaq biləyini…

Ayaq biləyinin iç tərəfindən 4 barmaq yuxarı hissəyə hər iki ayaq daxil olmaqla 45-60 saniyəyə qədər orta şiddətlə basdıraraq masaj edin. Menstruasiyanı tənzimləməyə, menstrual ağrıları azaltmağa, hormonal dis balansı tənzimləməyə və şişkinliyi aradan qaldırmağa kömək edir.

Tacxeber.com

Oxşar xəbərlər

Dini qurumların tarixi Nügədi məscidinə ögey yanaşması – FOTO

admin

“Ölüm, dirim qalmadı, hamısını söydünüz” – qalmaqallı görüntüsündən danışdı – VİDEO

redaktor

Məktəbə ayaq açmış kriminal: “Heç kəs bizə “tərbiyəli ol!” deməyib”

redaktor