21 C
Bakı
12 Avqust 2025 03:15
Mədəniyyət

Oqtay Əliyevin “Fəryad 2”dəki görüntüləri – VİDEO

 

 

Xalq artisti Vaqif Mustafayevin maraqla gözlənilən “Həyat deyəsən gözəldir” (Fəryad 2) filminin Bakı premyerası baş tutub.

Tacxeber.com xəbər verir ki, ekran işi YARAT incəsənət mərkəzində təqdim edilib. Filmdə “SOY” prodakşının mərhum rəhbəri Oqtay Əliyevin səhnələri xüsusilə diqqət çəkib.

Belə ki, erməni obrazını oynayan O. Əliyev həm də filmdə düşmənlərimizin dilində danışıb. Uşaqlıq illəri İrəvanda keçən Əməkdar mədəniyyət işçisi ekran işi üçün öz ailə üzvlərini də layihəyə cəlb edib.

Bununla bağlı V. Mustafayev də çıxışı zamanı danışıb. O əvvəlcə zalda əyləşən mərhum prodüserin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyevanı salamlayıb:

“Görkəmli aktrisamız Dilarə xanımın qarşısında baş əyirəm. Oqtay Əliyev çox istedadlı şəxsiyyət idi. Filmə erməni dilində çəkildi. Öz xanımını, valideynləri, görkəmli aktyor və aktrisamız Elmira xanımı, Vidadi müəllimi, Dilarə Əliyevanın qardaşını, öz qardaşını gətirdi. Onlar filmin səsləndirilməsində mühüm rol oynayıb. Allah Oqtaya rəhmət etsin. Biz onu heç vaxt unutmayacağıq. Allah sizin canınızı sağ etsin, Dilarə xanım, gələn filmdə sizi mütləq çəkəcəyəm”.

Xatırladaq ki, ekran işi ilk dəfə ötən il Korkut Ata Film Festivalında nümayiş etdirilib.

 

Oxşar xəbərlər

Bu şəhərlərə köçsəniz, sizə pul veriləcək

redaktor

İki övladını itirdi, qızına vəsiyyəti ilə hamını təəccübləndirdi – Səməndər Rzayev “krasotka” ləqəbli aktrisamızı öpərkən ona nə demişdi?

redaktor

“Xoşqədəm, Elgiz, Zaur bu xalqa nə edirsə, əcəb edir!” – Xalq artisti

redaktor