13 C
Bakı
30 Mart 2026 11:26
Hadisə

Mal keçirmək istəyənlərlə gömrükçülər arasında insident baş verib – VİDEO

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunun gömrük nəzarəti zonasında Dubay-Bakı aviareysi ilə gələn bir qrup şəxs kommersiya məqsədləri üçün nəzərdə tutulan malları sadələşdirilmiş qaydada gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirməyə cəhd göstəriblər.

Tacxeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin şəxslərə gömrük qanunvericiliyinin tələblərini izah edib, gömrük rəsmiləşdirilməsinin və gömrük ödənişlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Gömrük əməkdaşları həmin şəxslərə məxsus irihəcmli baqajlara gömrük baxışının həyata keçirilməsi məhdudluğunu nəzərə alaraq və digər aviareyslərlə gələn baqajsız sərnişinlərə maneçilik yaratmamaq məqsədilə onlara qonşu inzibati binada gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün istiqamət veriblər.

Lakin həmin şəxslər gömrük əməkdaşlarının haqlı tələbinə məhəl qoymayaraq müxtəlif vasitələrlə gömrük orqanları haqqında mənfi ictimai rəy yaratmağa və bu yolla gömrük əməkdaşlarına təzyiq etməyə cəhd göstəriblər.

 

Oxşar xəbərlər

Sumqayıtda gənc oğlan döyülüb – VİDEO

redaktor

Deputat Fazil Mustafa evinin qarşısında güllələndi

redaktor

Azərbaycanda şagirdin təhsilinə xərçəng əngəl ola bilmədi – Sadiqdən yüksək nəticə

admin