Hadisə

Gürcüstanda içərisində azərbaycanlılar olan texniki xidmət qatarı aşdı

Gürcüstadanda içərisində azərbaycanlılar olan texniki xidmət qatarı aşdı

“Azərbaycan Dəmir Yolları” QSC Marabda-Kartsaxi dəmiryolu sahəsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

QSC-dən Metbuat.az-a bildirilib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.

“Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmamışdır”, – QSC-dən bildirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Tacxeber.com

Oxşar xəbərlər

Diktaturalar, diktatorlar daimi, güclü stress mənbəyidir.

admin

Azərbaycan hökuməti AXCP üzvünə təzminat ödəyəcək

admin

Azərbaycanlı rəssam Kürdə iki nəfəri xilas etdi – VİDEO

redaktor