İdman

Azərbaycan futbolunda daha bir İLK YAŞANACAQ

 

AFFA Region Liqasının final matçında VAR sistemi tətbiq olunacaq.

Tacxeber.com xəbər verir ki, Tovuz şəhər stadionunda “Çinar Zəngilan” və “Qusar” komandaları arasında keçiriləcək həlledici qarşılaşmada bu texnologiyadan istifadə olunacaq.

Bu, sözügedən yarışda bir ilk olacaq.

Diqqətinizə çatdıraq ki, VAR sistemi Azərbaycan Premyer Liqasında bu mövsümdən etibarən tətbiq olunur. Müasir texnologiya artıq Birinci Divizionda da test edilib.

Xatırladaq ki, iyunun 4-də keçiriləcək “Çinar Zəngilan” – “Qusar” oyununun start fiti saat 16:00-da veriləcək. (“Offsideplus”)

Tacxeber.com

Oxşar xəbərlər

Rəşad Sadıqov: “Yükü daşımağa qadirdir.”

admin

“Real Madrid“ Mbappe üçün 1 milyard avro xərcləyə bilər

redaktor

Hacı Əliyevin erməni ilə görüşündə qalmaqal – VİDEO

redaktor