İdman

Azərbaycan futbolunda daha bir İLK YAŞANACAQ

 

AFFA Region Liqasının final matçında VAR sistemi tətbiq olunacaq.

Tacxeber.com xəbər verir ki, Tovuz şəhər stadionunda “Çinar Zəngilan” və “Qusar” komandaları arasında keçiriləcək həlledici qarşılaşmada bu texnologiyadan istifadə olunacaq.

Bu, sözügedən yarışda bir ilk olacaq.

Diqqətinizə çatdıraq ki, VAR sistemi Azərbaycan Premyer Liqasında bu mövsümdən etibarən tətbiq olunur. Müasir texnologiya artıq Birinci Divizionda da test edilib.

Xatırladaq ki, iyunun 4-də keçiriləcək “Çinar Zəngilan” – “Qusar” oyununun start fiti saat 16:00-da veriləcək. (“Offsideplus”)

Tacxeber.com

Oxşar xəbərlər

“Artıq Avropa bazarına çıxmışıq” – Qurban Qurbanov

admin

Bu gün Çempionlar Liqasının oyunları olacaq.

admin

“Səhvlərimiz cütün taleyini həll etdi” – “Braqa”nın baş məşqçisi

redaktor