10 C
Bakı
27 Mart 2026 14:52
GündəmSiyasət

Lukaşenko hansı xəstəliyə tutulduğunu açıqladı – VİDEO

Lukaşenko hansı xəstəliyə tutulduğunu açıqladı – VİDEO

Belarus prezidenti Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

O, adenovirusa tutulduğunu və ölmək fikrində olmadığını bəyan edib.

Bu barədə Belarus lideri səhiyyə məsələlərinə həsr olunmuş hökumət iclasda məlumat verib.

“Əgər kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Bu, messencerlərdə və teleqram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Bu adenovirus idi”, – Lukaşenko bildirib.

Belarus prezidentinin sözlərinə görə, onun xəstəliyi gərgin iş qrafiki ilə bağlı olub və bu da ona müalicə olunmaq imkanı verməyib.

“Ona görə də mən ölməyəcəm, uşaqlar. Siz hələ çox uzun müddət mənimlə birlikdə əziyyət çəkəcəksiniz”, – deyə Belarus lideri yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Roma papası Qərbdən Vahid Ələkbərovun xahişini edir

admin

Qazaxıstan 1 yanvar 2023-dən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neft nəql edəcək.

admin

İsrailli generalın Ermənistanda peyda olması Bakı-Təl-Əviv əməkdaşlığının risk altında olmasından xəbər verir?

admin