12 C
Bakı
28 Mart 2026 03:59
Cəmiyyət

“İçməli suyun qiymətini saxlaya bilməyəcəyik” – Deputat

 

Azərbaycanda içməli suyun qıtlığı səbəbindən qiymətini saxlaya bilməyəcəyik.

Tacxeber.com Report-a istinadən xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Azərbaycan dünyada içməli sudan əziyyət çəkən ölkələrdən biridir. Bu problem ilbəil artır. Biz suyun qiymətini saxlaya bilməyəcəyik”, – deputat bildirib.

Onun sözlərinə görə, şəhərdə gəzəndə avtomobil yuma yerlərində suyun şırhaşırla axıdıldığını görürük: “100% orada sayğac yoxdur. Suyu elə buraxırlar ki, elə bil şəlalədir. Bir-iki aydan su qıtlığını hiss edəcəyik”.

Tacxeber.com

Oxşar xəbərlər

Talıb Taledən sərt mesaj: “Normal kişi belə etməz” – VİDEO

redaktor

Min bir derdim dərmanı – Mixək

redaktor

“Sağlığında yox, indi Aydınla fəxr edirəm”

redaktor