23 C
Bakı
22 İyun 2025 20:41
Cəmiyyət

“İçməli suyun qiymətini saxlaya bilməyəcəyik” – Deputat

 

Azərbaycanda içməli suyun qıtlığı səbəbindən qiymətini saxlaya bilməyəcəyik.

Tacxeber.com Report-a istinadən xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Azərbaycan dünyada içməli sudan əziyyət çəkən ölkələrdən biridir. Bu problem ilbəil artır. Biz suyun qiymətini saxlaya bilməyəcəyik”, – deputat bildirib.

Onun sözlərinə görə, şəhərdə gəzəndə avtomobil yuma yerlərində suyun şırhaşırla axıdıldığını görürük: “100% orada sayğac yoxdur. Suyu elə buraxırlar ki, elə bil şəlalədir. Bir-iki aydan su qıtlığını hiss edəcəyik”.

Tacxeber.com

Oxşar xəbərlər

COP29: Yollarda məhdudiyyətlər tətbiq ediləcək

redaktor

Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi

redaktor

34 ildir məsciddə çalışan mürdəşir: “Cəsədləri qurd basmışdı, bəzilərinin isə yarısı yox idi”

redaktor