Hadisə

13 yaşlı qızın özünə ər “seçdiyi” kişinin həyat yoldaşı: “Mənim böyük uşağımın 12 yaşı var” – VİDEO

 

“O çoxdan telefonda qızlarla danışırdı”.

Bu sözləri tovuzlu 13 yaşlı Əfsanə Tağıyevanın ailə qurmaq məqsədilə yanına qaçdığı Xaçmaz sakini Səfər Kavazovun həyat yoldaşı İTV-yə danışarkən deyib.

Qadın qeyd edib ki, bunun sonunun problem olmasını dəfələrlə ərinə bildirib:

“Buna görə neçə aydır mübahisə edirdik. Amma maaşını həmişə evə gətirirdi. Axır beş gündə o evdən getdi. Mən bilməzdim belə bir şey olduğunu. Dünən dedilər ki, onu polis gəlib aparıb. Bu beş gündə cəmi bir dəfə ondan sənəd soruşdum. Mən bu gündən o insanı silirəm. Onu heç vaxt bağışlamayacağam. Mənim böyük uşağımın 12 yaşı var. O, bizi biabır elədi”.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün ABŞ hökuməti işini dayandıra bilər

admin

“OMON özbaşınalığı”, yoxsa siyasi sifariş? – Növbəti təxribatlar ola bilər

redaktor

Qafqazda azad sözün istisnası: Ermənistan niyə yeganə müstəqil media modelinə çevrilib?

admin