28 C
Bakı
11 Avqust 2025 20:27
İdman

Ramil Şeydayev Asiyaya gedir: ilinə 1 000 000 dollar maaş alacaq .

 

Ramil Şeydayev “Qarabağ”dan ayrılacaq. Ağdam klubunun rəhbərliyi onunla mövsümün sonunda anlaşa biləcəyinə ümid etsə də, müzakirələrdən imtina edən hücumçu qərarını verib.

Futbolinfo.az xəbər verir ki, daha yaxşı yeni müqavilə şərtlərindən boyun qaçıran millimizin üzvü legioner həyatı yaşayacaq. Onun avrokuboklardakı yaxşı oyunu, üstəlik hazırda Misli Premyer Liqasının bombardiri olması müştərilərinin diqqətini çəkib. Bu üzdən 27 yaşlı oyunçuya yaxşı müqavilə təklif edilib.

“Qarabağ”ın yeni müqavilə təklifindən dəfələrlə imtina edən Ramil yayda azad agent olacaq. Bu isə onun transferinə xərc çəkməyən yeni klubundan əla maaş almasına şərait yaradacaq. Şeydayevin ilinə təqribən 1 milyon avro qazanacağı klub seçdiyi deyilir. Hazırda müqavilənin müddəti və digər detallar dəqiqləşdirilir.

Ramilə Avropada bu qədər maaş verəcək komanda yoxdur. Karyerasında yüksəlişi yox, yaxşı pul qazanmağı düşünən hücumçu Asiya ölkələrindən birinə gedəcək. Şeydayevin yeni komandasının adını dəqiqləşdirə bilməsək də, ərəb ölkələrindən birinə yollanacağı deyilir. Oyunçu özü bu barədə danışmaqdan imtina edir.

Tacxeber.com

Oxşar xəbərlər

Millinin baş məşqçi postuna 2 namizəd AFFA rəhbərliyində MÜBAHİSƏ YARATDI

admin

Şahruddinin biabırçı səhvi gündəm oldu – VİDEO

redaktor

Qurban Qurbanov: “Bu gün hər iki komanda qalib gələ bilərdi”

admin