30 C
Bakı
10 Avqust 2025 18:47
Dünya

Zalujnı yaralanıb, ağır vəziyyətdədir – Rudenko

 

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı xəstəxanada ağır vəziyyətdədir.

Tacxeber.com publika.az-a istinadən xəbər verir ki, bu barədə hərbi müxbir Andrey Rudenko bildirib.

Qeyd olunur ki, Zalujni bundan əvvəl müxtəlif tədbirlərdə müntəzəm olaraq çıxış edib, açıqlamalar versə də, mayın 8-də media məkanında görünməyib.

“Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyindəki mənbəmizdən əldə etdiyimiz məlumata görə, general Zalujnı sağdır, lakin o, əsas hərbi klinik xəstəxanada ağır vəziyyətdədir. Xarici ekspertlərin iştirakı ilə həyatı uğrunda mübarizəni davam etdirir”, – Rudenko yazıb.

Onun sözlərinə görə, Zauljnı mayın 8-də Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun komanda məntəqələrindən birinə səfəri zamanı ağır yaralanıb. Hərbçilər arasında panikanın qarşısını almaq üçün məlumatlar gizlədilir.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail əməliyyata başlayır: Müdafiə qalxanı-2

admin

Tələbə universitetə balta ilə HÜCUM ETDİ: qadının başını kəsdi

admin

Ermənistanda hərbçilər qəzaya düşdü – Ölən və yaralananlar var

redaktor