16 C
Bakı
27 Sentyabr 2025 01:17
GündəmHadisə

Sumqayıtda müəllim uşaqları qamçı ilə döydü – ANBAAN VİDEO

 

“O bizim tədris müəssisəmizdə icarəyə otaq götürüb riyaziyyat fənnindən dərs deyib.  Pandemiya dövründə çalışıb və hadisə də o vaxt olub. Lakin videogörüntülər indi yayılıb. Müəllim artıq bizim müəssisədə çalışmır”.

Bu barədə Oxu.Az-a yayılan videogörüntülərlə bağlı açıqlama verən “Xəmsə” Tədris Mərkəzi Sumqayıt filialının direktor əvəzi Amaliya Əliyeva deyib.

O bildirib ki, həmin müəllim pandemiya dövründən “Xəmsə” Tədris Mərkəzində icarəyə otaq götürüb:

“Elşad Qurbanov həmin dövrdə bizdə dərs deyib. Hətta nəticələri yüksək olan müəllimlərdən biridir. Valideynlər uşaqlarını riyaziyyatdan məhz o müəllimin hazırlaşdırmasını istəyirdilər. Yüksək nəticə əldə etsinlər deyə o vəziyyətdə dərs keçməsinə belə valideynlər razı idi. Elşad Qurbanovun qrupuna uşaq yerləşdirmək də çətin idi, hər uşağı qrupa götürmürdü. Həmin videogörüntülərdəki hadisə də pandemiya dövründə olub. Hadisənin videogörüntüləri indi yayılıb. Heç o dövrdə də bizə bu barədə valideyn şikayəti daxil olmamışdı”.

Oxşar xəbərlər

Təyyarənin qəza anı sərnişinlər tərəfindən canlı yayımlandı – VİDEO

redaktor

SAXAL-ın hücumu ilə “ölən uşaqlar”ın oyuncaq olduğu ortaya çıxdı – VİDEO

redaktor

Sənubər İsgəndərli: “Zəlzələdən zərərçəkənlərə gecəliklər, yay ayaqqabıları, dikdabanlar göndərildiyi deyilir, bunun bizə aidiyyatı yoxdur”

redaktor