Dünya

“Böyük yeddilik” ölkələri İrana çağırış etdi: bunu dayandırın

 

“Böyük yeddilik” (“G7”) ölkələrinin liderləri İranı Ukrayna ilə münaqişədə Rusiya Federasiyasına dəstəyi dayandırmağa çağırıb.

Tacxeber.com xəbər verir ki, bu barədə sammitin yekunlarına dair kommünikedə məlumat verilib.

Sənəddə qeyd olunub ki, İran pilotsuz uçuş aparatlarının Rusiya tərəfinə verilməsini dayandırmalıdır.

“G7” ölkələri İranın davamlı sabitliyi pozan fəaliyyətlərindən, o cümlədən raketlərin, pilotsuz uçuş aparatlarının (PUA) və əlaqəli texnologiyaların BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq dövlət və qeyri-dövlət aktorlarına və proksi qruplara ötürülməsi ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

Qeyd edək ki, bir sıra ABŞ konqresmenləri tərəfindən administrasiyanı İranın raket və pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması və istehsalı proqramlarını dəstəkləyən şəxslərə qarşı sanksiyalar tətbiq etməyə məcbur edən qanun layihəsi təqdim edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Bazarda neftin kəskin ucuzlaşmasına kim səbəbkardır?

admin

Dəfndə tabutdan gələn səs insanları qorxuya saldı

redaktor

“Mən vətənpərvərəm, siz həyasızsınız” – Puqaçova jurnalistlə dalaşdı

redaktor