Hadisə

Sürücülər arasında qalmaqal: “Allah haqqı, tormoz verməsəm vururdum..” – VİDEO

 

Eyni qayda pozuntusunu bir neçə dəfə təkrarladı, etdiyi əmələ haqq qazandırdı.

Tacxeber.com “avtosfer.az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə qınaq obyektinə çevrilən hadisə Mikayıl Əliyev küçəsində qeydə alınıb.

Avtomobilin videoregistratoruna düşən görüntülərdən bəlli olduğu kimi sol zolaqda hərəkət edən “Toyota Prado” markalı, 90-OM-202 dövlət nömrə nişanlı avtomobil xəbərdarlıq işığı yandırmadan sağ istiqamətə keçib. İlk addımında törətdiyi qayda pozuntusuna cəsarət etməyən “Toyota” ikinci cəhdində sağ zolağa daxil olmağı bacarıb.

Belə ki, sağa dönmə işığını yandırmadan manevr etmə qaydasını pozan sürücü qəza şəraitinin eşiyindən dönüb. Nəticədə zolağına girdiyi avtomobil qəfil tormoz verib və yarana biləcək təhlükəli vəziyyətin qarşısını alıb.

Daha sonra yan-yana dayanan sürücülər arasında söz savaşı başlayıb.

Sürücü “Toyota”nın qayda pozuntusuna baş vurduğunu və tormoz verməsəydi avtomobilini vuracağını bildirsə də, o, etdiyi əmələ haqq qazandırıb.

Cavabında ara məsafəsinin çox olduğunu və boş yolda dönmə işığını yandırmağın vacib əhəmiyyət daşımadığını qeyd edən səbəbkar sürücünü daha da qəzəbləndirib.

Bir müddətdən sonra yenidən sürücünün zolağına girən “Toyota” yenə də eyni qayda pozuntusuna əl atıb.

Tacxeber.com

Oxşar xəbərlər

İranda “Azadlıq Radiosu”nun əməkdaşı saxlanıldı

redaktor

Həbsdə olan siyasi məhbus Ruslan İzzətli maraqlı məktub

redaktor

Türkiyədə 78 nəfərin həlak olduğu yanğının QANDONDURUCU SƏBƏBİ: Yanğınsöndürən əvəzinə…

redaktor