32 C
Bakı
09 Avqust 2025 16:11
GündəmSiyasət

Sinan Oğan: Mənim olduğum yerdə Azərbaycana sevgi… – VİDEO

 

Buna şübhə yoxdur ki, Sinan Oğan olduğu yerdə Azərbaycan sevgisi hər zaman olacaq.

Tacxeber.com xəbər verir ki, bunu Türkiyənin ATA İttifaqının prezidentliyə namizədi olmuş və seçkilərin birinci turunda 2.8 milyondan çox səs alaraq, “seçki sürprizi” kimi ortaya çıxan, 28 mayda keçiriləcək ikinci turda açar rol oynayacağı gözlənilən Sinan Oğan İctimai TV-yə müsahibəsində deyib.

CHP başqanı Kamal Kılıçdaroğlunun qalmaqallı layihəsinə (Azərbaycansız İpək Yolu – red.) münasibət bildirən S.Oğan qeyd edib:

“Bundan əmin olun ki, istər Ərdoğan, istərsə də Kılıçdaroğlunun Azərbaycanın yanında olmadığı vaxtlar mən Azərbaycanın yanında idim. İndi də hər zaman Azərbaycandan yana olacam”.

İTV müxbiri həm Sinan Oğana, həm də Rəcəb Tayyib Ərdoğana Azərbaycanda böyük sevgi olduğunu, Azərbaycanın Sinan Oğan və Rəcəb Tayyib Ərdoğanı bir-birinə müxalif görmədiyini qeyd edərək, “Bu ikili sevginin sizin siyasətinizə təsiri olacamı” deyə, ikinci turdakı seçimində bu faktın təsiri olub-olmayacağını öyrənməyə çalışıb.

“Sevginin gücü önəmlidir” deyən Sinan Oğan isə konkret cavab verməkdən yayınıb.

 

Oxşar xəbərlər

Sabiq nazir deputatlığa namizəd oldu

admin

Seymur Talıbov və Röya Ayxan BDU-nun beynəlxalq hüquq ixtisasına necə qəbul olub? – AÇIQLAMA – VİDEO

redaktor

Rusiyalı jurnalist Krımda poliqonda öldü

redaktor