7 C
Bakı
28 Dekabr 2025 10:15
GündəmSiyasət

Rusiya, İran və Azərbaycan arasında bu sazişin hazır olmasını səbirsizliklə gözləyirik – Putin

 

Rusiya yükdaşımalarda İran və Azərbaycanla razılaşmaya ümid edir.

Tacxeber.com “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin videobağlantı vasitəsilə İran prezidenti İbrahim Rəisi ilə birlikdə Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanması mərasimində iştirak edib. O, tədbirdə çıxışı zamanı Rusiya Federasiyası, İran və Azərbaycan arasında dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair sazişin tezliklə hazır olacağına ümid etdiyini bildirib:

“Bu gün haqqında danışdığımız bu dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir. O cümlədən, biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda Şimal-Cənub marşrutu üzrə dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatmasını səbirsizliklə gözləyirik”.

“Bu, üç ölkənin gələcək uğurlu koordinasiyası üçün lazımi hüquqi baza yaradacaq”, – Rusiya prezidenti əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Ona görə də musiqi karyeramı atıb universitetə getməli oldum” – Müslüm Maqomayevin Amerikadakı qızı

admin

Suriyanın açarı Türkiyədə, Ərdoğandadır.

admin

Azər Qasımlının məhkəməsi davam edir: “Əgər təhdid olunurdunsa, niyə demədin?”

admin