21 C
Bakı
21 İyun 2025 23:58
Cəmiyyət

“Ay sənin qarnına Osmanlı gülləsi!” – “Nə qədər yeyecəksən?!”

 

“Aktyorlar üçün sahə götürülsün və orada iki yataq otağından ibarət evlər hazırlansın. Verilsin gecəqonduda qalan aktyorlara. Hansı ki, o aktyor maaş vaxtı Beyləqananın kəndinə gedib, bütün maaşını orada qoyub, 20 manat yol pulu götürüb gəlir buraya”. Bu sözləri Xalq artisti Afaq Bəşirqızı “3D” prqramında qonaq olarkən deyib. O, imkansız incəsənət xadimləri ilə bağlı danışarkən kövrəlib. Aktrisa tikiləcək evlər üçün məbləğin hansı üsulla toplanması ilə bağlı fikir də irəli sürüb:

“Bütün teatrlara məktub göndərilsin. Direktorlar, aparıcı qüvvələr yığılsın teatr zallarından birinə və deyilsin ki, “Birimiz hamımız, hamımız birimiz üçün”. Maaşdan tutaq ki, 10 manat qoyursan bu hesaba. Həmin məbləğ teatrda yığılır və torpaq sahəsi alıb, evləri tikdirirsən. Bunu edənlər var. Amma bizdə fikirləşirlər ki, “Sement satılacaq, torpaq 1 maşındır, dostuma deyərəm göndərər”. Biz bu xırda hisslərlə yaşayırıq. Harada nə yeyim! Ay sənin qarnına Osmanlı gülləsi! Nə qədər yeyecəksən? Kimdən yeyirsən, acdan? Bu il bütün incəsənət xadimləri oruc tuturdular. Arzularıyla, inamlarıyla. İnanırdılar ki, bir yol açılacaq, ailəsini gözünün qabağına yığacaq. Uşağı isti yemək yeyəcək, isti evdə yaşayacaqlar”./Axşam.az

Tacxeber.com

Oxşar xəbərlər

Daha bir rayonda yoxlamalar başladı – İcra başçısı işə çıxmır

redaktor

Sumqayıt xəstəxanasında NÖVBƏ PROBLEMİ: “Həkim tapmaq olmur”

redaktor

Sevənləri Hacı Şahini gecə də tək qoymadılar – VİDEO

redaktor