21 C
Bakı
21 İyun 2025 23:43
Dünya

Sülhməramlılar Qarabağda niyə qalmalıdır?

 

Rusiya təbii ki, Cənubi Qafqazda statusunu və təsirini saxlamaq istəyir və bu baxımdan sülhməramlılar məsələsi ortaya çıxır.

Tacxeber.com axar.az-a istinadənxəbər verir ki, bu sözləri MDB Dövlətləri İnstitutunun Ermənistan bölməsinin direktoru Aleksandr Markarov deyib.

O bildirib ki, əgər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması nəticəsində Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınırsa və Qarabağ ermənilərinin hüquqları Azərbaycan dövləti tərəfindən qorunursa, onda sülhməramlıların mandatı nə olacaq və onlar öz missiyalarını necə davam etdirə bilərlər?

“Təbii ki, Rusiyanın Cənubi Qafqazda öz təsirini saxlamaq istəyi var, lakin bunun üçün bu təsirin saxlanmasını təmin edəcək alətlər və mexanizmlər lazımdır. Mexanizmlərdən biri (Azərbaycanda) sülhməramlıların, Ermənistanda isə iqtisadi əməkdaşlıq və Rusiya hərbi bazasının olmasıdır”, – deyə Markarov bildirib.

Markarov onu da diqqətə çatdırıb ki, nüfuz mübarizəsində kimin təsir mexanizmləri daha çoxdursa, o, daha yaxşı vəziyyətdə olur:

“İndi Rusiyanın əsas diqqəti Ukraynaya yönəlib, lakin onların Cənubi Qafqazı unutduğunu söyləmək çətindir”.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə MÜHÜM ADDIM ATDI – Yunanıstanla münasibətləri yaxşılaşdırmaq üçün 6 TƏKLİF

redaktor

Ukrayna dronu “vaqnerçini” əsir götürüb – “Ey, kütbeyin, arxamca gəl!..”

admin

Marqarita Simonyan Rusiya rəsmisi ilə “tənha gecələr keçirirəm” dedi

redaktor