31 C
Bakı
13 Avqust 2025 18:09
GündəmSiyasət

Kılıçdaroğlu əlini masaya çırpdı: “Ərdoğanı təbrik et, istefa ver” dedilər

 

Kılıçdaroğlu məğlubiyyətin bəxş etdiyi aqressiya ucbatından masasını yumruqlayır.

Tacxeber.com xəbər verir ki, Türkiyədə keçirilən prezident seçkilərində “Millət İttifaqı”nın namizədi olan Kamal Kılıçdaroğlu şəxsi “Twitter” hesabında paylaşdığı video ilə diqqət çəkib. Belə ki, videoda onun seçkidəki məğlubiyyətinin acığını masasından çıxdığı görülür.

Kadrda Kılıçdaroğlu əlini masasına çırparaq, “Buradayam”, daha sonra isə yumruğunu sinəsinə sıxaraq, “Siz də buradasınız” sözlərindən istifadə etdiyi nəzərə çarpır. Onun paylaşımına isə izləyiciləri tərəfindən “Seçki nəticələrini qəbul elə. Ərdoğana zəng edib, təbrik et. Partiya rəhbərliyindən istefa ver” tipli şərhlər yazılıb.

Qeyd edək ki, Kılıçdaroğlu hələ səslərin sayılması davam edərkən də sosial şəbəkədə “Biz öndəyik” sözlərini əks etdirən status paylaşmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

“Proseslər çox sürətlə cərəyan edir. Dəyişikliklər hələ qabaqdadır”

admin

İsrail səfiri: “Qarabağ uğrunda döyüşdə azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə dayanmışdıq” – VİDEO

redaktor

Bakıdan uçan təyyarə qəzaya uğrayıb – Video

redaktor