23 C
Bakı
22 İyun 2025 20:39
Hadisə

Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb – VİDEO

 

Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb.

Hadisə paytaxtın Sabuncu rayonu ərazisində baş verib.

Məlumata görə, qohumlar arasındakı razılıq nəticəsində 13 yaşlı qız anasının boşanmış dayısı oğluna nişanlanıb.

Adını məxfi saxladığımız 13 yaşlı qızçığaz ilə həmsöhbət olduq. O deyir ki, nişanlanmağını ailəsi istəyib, özü isə oxumaq həvəsindədir. Amma məktəbi ibtidai sinfə qədər oxuyub.

Hələ ailənin nə olduğunu dərk etməyəcəyi yaşda ciyinlərinə böyük yük qoyulub bu qızcığazın. Deyir, ailə qurmaq istəmir. Ailəsi tərəfindən buna məcbur edilir.

Məktəbli qızını dərsə yox, evlənməyə sövq edən ana isə hərəkətinə bəraət qazandırmağa çalışır.

Qadının sözlərinə görə, övladını nişanlasa da, toyu üçün yetkinlik yaşının bitməsini gözləyəcək.

Qeyd edək ki, ailənin daha bir qız övladı var və o da təhsildən yayınır.

Məktəbli qızın nişanlısının da evində olduq. Oğlan evdə olmasa da, anası ilə həmsöhbət olduq. Qadının sözlərinə görə, qızı ailəsinin razılığı əsasında alıblar.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, qanunvericiliyə uyğun olaraq 9-cu sinifə qədər təhsil icbaridir. Bu uşağın təhsildən yayınması isə birbaşa valideynin məsuliyyətsizliyidir.

Daxili İşlər Nazirliyini də məsələ ilə bağlı məlumatlandırdıq. Qurumdan bildirildi ki, məsələ araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 Tacxeber.com

Oxşar xəbərlər

Su basmış yerlərdə uşaqlar belə təxliyə edildi – VİDEO

redaktor

Ağadadaş Ağayevin başı dərddə, ona ittiham elan edildi.

admin

BDU-nun keçmiş baş müəllimi həbs olundu

redaktor