Cəmiyyət

Azərbaycanda qadın “Instagram”da sədəqə yığdığı paltarları satışa qoydu

 

Sumqayıtda sosial şəbəkələrdə kömək istəyən qadın həmcinsini təhqir edib. “Lent.az” xəbər verir ki, “Instagram”da bir qadın paylaşım edərək köhnə geyimlərə ehtiyacı olduğunu bildirib. Bu paylaşımı görən Sumqayıt sakini A.Bayramova həmin qadına şəxsi mesaj yazaraq kömək etmək istədiyini deyib. Onlar “Whatsapp”da danışaraq təyin etdikləri yerdə görüşüblər.

Görüş zamanı A.Bayramova köhnə geyinmədikləri paltarları və əlavə 20 manat da pul verib. Ancaq o, səhərisi gün verdiyi paltarların saytda satışa qoyulduğunu görüb. Buna görə də paltarları verdiyi A.Səlimxanlıya zəng edərək verdiklərini geri istəyib. A.Bayramovanın iddiasına görə bu zaman qarşı tərəf onu təhqir edib. A.Səlimxanlı polisə verdiyi izahatında A.Bayramovanı təhqir etməsi barədə iddiaları əsassız sayıb. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsində aparılan araşdırma zamanı tərəflər arasındakı mübahisə qanunamüvafiq yolla həll olunaraq, onlar barışdırılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

admin

Azərbaycanda saytların bloklanması asanlaşdırılır: “Bu, mediada özünüsenzuranı artıra bilər”

admin