25 C
Bakı
11 Avqust 2025 01:45
GündəmSiyasət

Məhərrəm İncə geri çəkildiyini elan edərkən bədən dili nə deyirdi? – Videoizah

 

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin “Məmləkət” partiyasının sədri Məhərrəm İncə prezidentliyə namizədlikdən imtina edib.

Tacxeber.com xəbər verir ki, onun namizədlikdən çəkilməsi ilə bağlı çıxışının videosu bədən dili mütəxəssisi tərəfindən analiz edilib.

Türkiyəli yazar və davranış elmləri mütəxəssisi Aşkım Kapışmak deyib ki, M.İncənin son çıxışındakı üz ifadələri, əl hərəkəti və s. onun gərgin və əsəbi olduğunu göstərir.

“Çıxışı zamanı dodaq kənarlarının aşağıda olması, kədər, üzüntü mənasına gəlir. Bundan əlavə, o danışarkən boğazında damarlar kəskin bilinir, üzü qızarıb. Bu da o deməkdir ki, siyasətçi güclü stres keçirir.

Eyni zamanda çıxış edərkən üzündə iki mikro ifadə diqqət çəkir. İçəri çəkilən dodaqlar əsəbi, dodağın bir tərəfinin yuxarı qalxması alçaltma duyğusunu ifadə edir.

Ümumi olaraq dəyərləndirsək, sizin də təxmin edəcəyiniz kimi, Məhərrəm İncənin burada böyük gərginlik yaşadığını, əsəbi və kədər içərisində olduğunu deyə bilərik”.

 

Oxşar xəbərlər

16 illik karyeradan sonra biznes qurdu, brendi dünyada gəzir – Nigarın uğur hekayəsi

admin

Aradakı uçurum dərinləşir – İran prosesi dalana dirədi

admin

SOS – Əvəz Zeynallıda bədxassəli şiş aşkar edilib, bu günlərdə “ximiya”ya başlayacaqlar.

admin