30 C
Bakı
09 Avqust 2025 19:16
Dünya

Pakistan Ali Məhkəməsi İmran Xanın həbsini qanunsuz sayıb

 

Pakistanın Ali Məhkəməsi keçmiş baş nazir və müxalif Ədalət Uğrunda Partiyasının lideri İmran Xanın həbsini qanunsuz sayıb.

Məlumatı “Geo TV” yayıb.

Məhkəmə keçmiş hökumət başçısının təcili sərbəst buraxılması barədə qərar qəbul edib.

Qeyd edək ki, İmran Xan mayın 9-da saxlanılıb. Mayın 11-də Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan barəsində 8 günlük həbs qərarı çıxarıb. Bundan sonra ölkənin İslamabad, Peşavər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və başqa bölgələrində etiraz aksiyaları başlayıb.

Eks Baş nazir xarici ölkə liderlərindən 630 min dollarlıq hədiyyə almaqda ittiham olunur.

Ona qarşı martın 19-da terrorçuluq ittihamı da irəli sürülüb./Report

Tacxeber.com

Oxşar xəbərlər

Sərhəddə nə BAŞ VERİR? – Növbəti müharibə ANONSU VERİLDİ

redaktor

İran İraqla sərhədə zirehli texnika toplayır

redaktor

“Karlığa, pisliyə son qoy” – keşişlər Paşinyana qarşı çıxdılar

redaktor