
Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi elmdən başqa hər işlə məşğul olur desək, yəqin ki, yanılmarıq. Zaman-zaman bunu sübuta yetirən faktlar yerli mediada dərc olunub. Görünür, AMEA prezidenti İsa Həbibbəyli tənqidlərdən lazımı nəticə çıxarmayıb və elm ocağını məişət səviyyəli bir müəssisəyə çevirməyi qarşısına məqsəd qoyub. Əks halda “Hüseynbala Mirələmovun nəsrində insan və zaman problemi” mövzusunu fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən bir dissertanta niyə həvalə etsin ki? Lap tutaq ki, həmin disertant bu mövzunu müdafiə etmək və elmi ad almaq üçün müraciət edib. Bəs AMEA prezidenti İsa Həbibbəyli niyə belə bir mövzunu elmi şuranın müzakirəsinə çıxarmağa razılıq verir? Məgər Hüseynbala Mirələmovun öz kabinetində hansı “işlərlə” məşğul olduğunu cənab Həbibbəyli görməyib? Yoxsa AMEA prezidentinin başı elm ocağını xarabalığa çevirməyə elə qarışıb ki, Mirələmovun Azərbaycanda rüsvayi-cahan olmasından xəbəri yoxdur? Yaxud Mirələmovun öz katibəsinin “yumşaq yeri”nə sığal çəkdiyi görüntüləri izləməyib?


