26 C
Bakı
13 Avqust 2025 04:46
CəmiyyətDin

Dövlət Komitəsi: “Şeyxülislamın verdiyi fətva ölkəmizdə bütün məscidlərdə yerinə yetirilməlidir”

 

“Şeyxülislamın verdiyi fətva ölkəmizdə bütün məscidlərdə yerinə yetirilməlidir. QMİ-nin və qazilər şurasının çıxardığı fətvanı kimsə pozursa, deməli, o, Azərbaycandakı dini mühitlə bağlı doğru addım atmır”.

Tacxeber.comoxu.az-a istinadən xəbər verir ki, bu sözləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, ola bilsin ki, bu səbəbdən son günlər bir neçə din xadimi istefa verib:

“Onların sayı çox deyil. Bakıda bu gün azı 118 məscid fəaliyyət göstərir. Onlardan beşi vəhdət sistemi ilə (bir neçə məzhəb üzrə – red.) işləyir. 99-a yaxın məscid isə bir məzhəbin daşıyıcısıdır. Bizim siyasətimiz dövlətin siyasəti ilə eynidir və biz maarifləndirmə işində vəhdət prinsipinə üstünlük veririk. Bütün imamlara tövsiyə edirik ki, məscidlərdə vəhdət prinsipinə əməl etsinlər”.

Tacxeber.com

Oxşar xəbərlər

Daha bir jurnalist barəsində həbs qərarı verildiyi deyilir

redaktor

“Səyyad Salahlı və Allahşükür Paşazadə dini komitəni dağıtdılar, indi isə camaatın haqqını yeyirlər” – Hafiz Hacıyev

admin

Deputat: “Azərbaycanda qida sənayesinin böyük hissəsinə nəzarəti “Azərsun” həyata keçirir, inhisarçı rola malikdir”

redaktor