16 C
Bakı
27 Sentyabr 2025 04:10
Sağlamlıq

Ağızda quruluq – Ciddi siqnaldır

 

 

Ağız quruluğu diabet və digər ciddi xəstəliklərin əlaməti ola bilər.

“Medicina” xəbər verir ki, britaniyalı həkim – stomotoloqların sözlərinə görə, quru ağız narahatlıq doğurmayan ümumi bir simptomdur.

Bu, xoruldama, dərman qəbul etmək, siqaret çəkmək və ya spirtdən sui-istifadə nəticəsində yarana bilər.
Ancaq bu, həm də “qırmızı bayraq” siqnalıdır.

“Quru ağız orqanizmdə düzgün getməyən hansısa prosesin bir əlaməti ola bilər. Xüsusilə ağızda yapışqanlıq hissi, boğaz ağrısı, çeynəmə və ya udma çətinliyi, ağız qoxusu kimi simptomlar varsa”.

Mütəxəssis kserostomiya ilə müşayiət olunan halı tüpürcək vəzilərinin kifayət qədər tüpürcək istehsal edə bilmədiyi bir vəziyyət adlandırdı.

Həmçinin nevroloji patologiyalar, yüksək qan şəkəri, autoimmun pozğunluqlar bu vəziyyətin inkişafına səbəb ola bilər.

Məsələn:

• Diabet
• yuxu apnesi
• HİV.
• Alzheimer xəstəliyi
• İnsult
• Şeqren sindromu

Bundan əlavə, ağız quruluğu qocalma, dərmanların təsiri, kariyes, siqaret, alkoqoldan sui-istifadədə özünü göstərir.

Tacxeber.com

Oxşar xəbərlər

Meningit xəstəliyi aktivləşib – Əsas əlamətləri, qorunma yolları

redaktor

İnsanlara dönər yox, leş ət yedizdirirlər

admin

Kartof insanı hansı halda öldürə bilər?  —   Bunları bilmək vacibdir

redaktor