12 C
Bakı
28 Mart 2026 19:30
Cəmiyyət

Hikmət Mirzəyev XTQ şəhidi Pəncəlinin anasının qarşısında… – VİDEO

 

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin komandiri, general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev XTQ-nin bir qrup hərbçisi ilə Aprel döyüşlərinin şəhidi, XTQ-in əfsanəvi döyüşçüsü Pəncəli Teymurovun anası ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, XTQ-nin böyük nümayəndə heyəti ilə Astara rayonuna gələn H. Mirzəyev Pəncəlinin anası Vahimə Teymurova ilə birgə şəhidin məzarına baş çəkib.

Şəhidin abidəsi önünə əklillər və gül dəstələri qoyulub. XTQ komandiri şəhidin anasına təsəlli verərək, şəhidliyindən illər keçməsinə baxmayaraq oğlunun qəhrəmanlığının dillər əzbəri olmasından söz açıb, ruhuna dualar oxuyub.

Qeyd edək ki, P.Teymurov Talış yüksəkliklərinin alınmasında şəxsi igidliyi ilə fərqlənərək 3 aprel 2016-cı ildə qəhrəmancasına şəhid olub. O, toyunda özünə şəhidlik arzulamışdı.

 

Oxşar xəbərlər

Facebook və Instagram məlumatlarınızı süni intellekt üçün istifadə edəcək

redaktor

Həbsdə olan ictimai fəalın səhhətinin ağırlaşdığı bildirilir

admin

Fərid Mehralızadənin qandallanaraq zorla məhkəməyə aparıldığı deyilir.

admin