Cəmiyyət

Azərbaycanda taksidə qəribə hadisə baş verdi: Sürücü yuxuya getdi, maşını müştəri idarə etdi – VİDEO

 

Azərbaycanda taksi xidmətləri göstərən şirkətlərdən birindən taksi sifarişi verən müştərinin başına qəribə hadisə gəlib.

Belə ki, müştərinin ünvanına gələn taksi sürücüsü yorğun olduğu üçün sükanı müştəriyə təhvil verib. Nəticədə müştəri taksini özü sürməli olub. Sürücü isə yan oturacaqda yuxuya gedib.

Qəribə hadisəni əks etdirən video “Instagram” sosial şəbəkəsində paylaşılıb.

Videoda danışan şəxs sürücünün yuxuladığını əsas gətirərək maşını onun sürməsini istədiyini bildirib.

“Bu nə olan şeydir? Özüm özümü ünvana aparıram”, – deyə müştəri qarşılaşdığı vəziyyəti gülüşlə qarşılayıb.

 Tacxeber.com

Oxşar xəbərlər

Aqil Abbas: “Bir çox ölkələr “Formula-1”i keçirməkdən ötrü əlləşirlər, ala bilmirlər, biz almışıq…”

redaktor

Niyə gecə vaxtı güzgüyə baxmaq olmaz?

admin

“İki-üç müğənni var ki, narkotik aludəçisidir, adlarını deyəcəm”

redaktor