25 C
Bakı
11 Avqust 2025 08:20
Cəmiyyət

Siyavuş Aslanın oğlunun ölüm səbəbi açıqlandı: Məlum oldu ki, o, bir həftə əvvəl…

 

TƏBİB mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanovun ölümü ilə bağlı məlumat yayıb.

Qurumdan Pravda.az-a verilən məlumata görə, Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri  Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub.

Məlumata görə, ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibb xidmətlər göstərilib.

Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023-cü il tarixində bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub.

Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.

Tacxeber.com

Oxşar xəbərlər

Narkotacirlərin yeni “oyunu”: Narkotik vasitələr su sayğaclarında gizlədilir? – VİDEO

redaktor

“91 yaşım var, gözləyirlər ki, ölüm, sonra həmin ordeni versinlər?!” – Xalq artisti

redaktor

Ekologiya məhbusu Nazim Bəydəmirlinin səhhəti kəskin pisləşib.

admin