Sağlamlıq

Hər insult eyni olmur – Qəfil yaddaş itkisinə diqqət

 

İnsult özünü müxtəlif cür göstərə bilər. Hər insanda simptomlar eyni olmur.

“Medicina” xəbər verir ki, həkim – nevroloq Aleksandra Alexinanın sözlərinə görə, beyin qan axınını dayandıran qan laxtasından, trombdan və ya qanaxmadan oksigensiz qaldıqda insult baş verir.

Beynimiz oksigen itirən kimi hüceyrələriniz ölməyə başlayır və beyin bu sahəsinin məsul olduğu funksiyasını itirir.

“İnsultun ən geniş yayılmış əlamətlərindən biri üzün bir tərəfinin nəzərəçarpacaq dərəcədə aşağı salınmasıdır.
Beyin hüceyrələrində oksigen çatışmazlığının digər mümkün əlaməti hər iki əli qaldırıb, bu vəziyyətdə saxlaya bilməməkdir.

Şiddətli və qəfil yaddaş itkisi və ya çaşqınlıq da insult əlaməti ola bilər..

İnsult həm də udmağı çətinləşdirə bilər, baxmayaraq ki, bu xəstəliyin yeganə əlamətidirsə, insult olma ehtimalı azdır. Bədənin bir tərəfində hissiyyatın bir anlıq itməsinə diqqət yetirin”.

Simptomların geniş spektri var və insult diaqnozu qoymaq çətinləşir.

Ən geniş yayılmış 8 əlamət bunlardır.

• Üzün sallanması
• Əl hərəkəri zəifliyi
• Nitq problemləri
• Bulanıq görmə
• Ani yaddaş itkisi
• Balans itkisi
• Bədənin bir tərəfində hissiyyat itkisi

Tacxeber.com

Oxşar xəbərlər

Sol böyrü üstə yatmaq niyə bu qədər faydalıdır?

redaktor

Bu dərmandan başqa məqsədlərlə istifadə edirik – Əslində diş çürüyünə dərmanmış

redaktor

Ətirli şamlar xəstə edə bilər: həkimdən xəbərdarlıq

redaktor