28 C
Bakı
11 Avqust 2025 20:06
Cəmiyyət

“Bu dondurmaların hazırlanmasında köhnə yağlardan istifadə olunur” – Ekspertdən SOS

 

“Dondurmanın istehsalında ancaq kərə yağından istifadə olunmalıdır. Lakin, bəzən texniki şərtlər daxilində bitki yağlarından da istifadə oluna bilər. Bu bitki yağları içərisində kakos yağı ən yaxşısıdır. Digər bitki yağlarının dondurmanın istehsalında istifadəsi ilə bağlı hansısa bir texniki şərt və ya standart yoxdur.

Lakin, istehlakçılarımızın bizə verdiyi məlumatlardan aydın olur ki, bəzi işbazlar xüsusən də plombir istehsalı zamanı vaxtı keçmiş kərə və yaxud bitki yağından istifadə edilir. Belə dondurmaları qəbul edərkən boğazda və damaqda acılıq hiss edilir.  Bir də açıq dondurmaya daha az üstünlük verilsə yaxşıdır. Çünki, vaxtı keçmiş dondurmaları əsasən kiloqramla, açıq şəkildə satırlar”.

Bunu dondurma mövsümünün başlanması ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İB-nin sədri Əyyub Hüseynov deyib.

Onun sözlərinə görə, bəzi işbazların qışda istehsal edilən dondurmaları yayda satışa çıxarması ilə bağlı məlumatlar da var:

“Dondurmaları -18 dərəcədə 10 ay saxlamaq olar. Lakin, dondurmanın istehsal tarixini saxtalaşdırmaq qətiyyən olmaz. Doğrudur, xaricdən gətirilən dondurmalara 12-16 ay yararlıq müddəti qoyulur. Belə dondurmaları biz arzuolunmaz dondurmalar hesab edirik. Xaricdən gətirilən dondurmalarda problemin biri də odur ki, onlar daşınan zaman yolda temperatur riskinə məruz qala bilirlər.

Belə dondurmaları alarkən bunu aydınlaşdırmaq olur. Temperatur riskinə məruz qalan dondurmalar əsasən öz ticari görünüşünü itirmiş olur.

Ona görə də istehlakçılar yerli dondurmalara üstünlük versələr, daha yaxşı olar. Bundan başqa, istehlakçılar yaxşı olardı ki, dondurma alan zaman onun üzərindəki məlumat yazısına xüsusi fikir versinlər. Şübhəli məqam olduqda isə “1003” qaynar xəttinə zəng etsinlər”.

Tacxeber.com

Oxşar xəbərlər

Razi Nurullayevdən Serbiyanı dəstəklədiyinə görə onu tənqid edənlərə cavab: “Erməni onlardan yaxşıdır…”

redaktor

Keçmiş nazir Ziya Məmmədov və oğlu Anar Məmmədovla bağlı korrupsiya iddiaları: Araşdırma (2-ci hissə)-VİDEO

admin

Nadir Qafarzadə qardaş Türkiyədə yaşanan matəm günü özünə çal-çağır təşkil etdi – VİDEO

redaktor