Planet

Sabah ilin ilk Ay tutulması olacaq

 

Sabah 2023-cü ilin 1-ci Ay tutulması olacaq.

Tacxeber.com xəbər verir ki, bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 19:14:08-də başlayacaq və saat 23:31:40-da sona çatacaq. Tutulmanın maksimumu 21:22:55-də olacaq.

Yarımkölgəli Ay tutulmasını Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktida görmək mümkün olacaq. Tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda 19:38:00-dan etibarən müşahidə olunacaq. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

Tacxeber.com

Oxşar xəbərlər

Milyon illər əvvəl Günəş niyə yoxa çıxmışdı? – Yenə həmin fəlakət baş versə… – ŞOK SSENARİ

redaktor

NASA 34 milyard dollarlıq raketini Aya göndərir

redaktor

Bu, Rusiyanın ən biabırçı məğlubiyyətidir

redaktor