24 C
Bakı
13 Avqust 2025 06:31
Cəmiyyət

Rəşid Mahmudov 7 yaşlı Fəridin ölümündən danışdı

Rəşid Mahmudov 7 yaşlı Fəridin ölümündən danışdı

Mehman Xəlilovun məşq zamanı kobud rəftarı nəticəsində dünyasını dəyişən yeddi yaşlı Fərid Bakarovun başına gələn faciə bütün cəmiyyəti narahat edib. Sosial şəbəkədə yayılan kadrlar ümumilikdə cəmiyyətin, xüsusən də idman ictimaiyyətinin üzləşdiyi bir sıra problemləri ortaya qoyub.

Tacxeber.com Demokrat-a istinadla xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru, professor Rəşid Mahmudov .azyaşlı uşaqların idman getməsinə etiraz edib.

Həkim qeyd edib ki, uşaqlar bu yaşda yüngül idman növləri ilə məşğul olmalıdırlar:

“Uşaqların 7 yaşından peşəkar idmanla məşğul olması yolverilməzdir. Ümumiyyətlə, bu, düzgün deyil. Sadəcə olaraq, qaçış kimi yüngül hərəkətləri edə bilərlər.

Uşaqların 11 yaşından sonra idmanla məşğul olması məsləhətdir. Amma, boks, kikboks, sambo, cüdo və s. kimi idmanlara 11 yaşında tez qoymaq olmaz və bu, yolverilmədir. Sonda da təəssüf ki, belə hadisələr baş verir”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda 10 manatlıq şirkətin 109 min manat vergi borcu var.

admin

Azərbaycanda valideynlər əvvəl kitab oxuyub, sonra uşaq dünyaya gətirsin – Məşhur pediatr

redaktor

Jurnalistdən zorakılıqla bağlı təcridxanada izahat alınıb

admin