22 C
Bakı
25 Sentyabr 2025 20:21
Cəmiyyət

“Ona ölüm arzu edirəm”

 

Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarov idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölüb. Bununla bağlı videogörüntü bir neçə gündür sosial şəbəkədə yayılıb. Bir çox sənət adamları da görüntüyə reaksiya verərək, onla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, azyaşlının ölümü ilə bağlı paylaşım edənlərdən biri də rəqqasə-aktrisa Oksana Rəsulova olub. Oksana videoya baxarkən pis olduğunu bu sözlərlə ifadə edib:

“Uşağa qarşı şiddət, zorakılıq və qətil eşidəndə, görəndə bunu edən vəhşilərə ölüm arzu edirəm. Yavaş-yavaş, əzablı, iztirablı, incidən ölüm. Belə hallarda bu vəhşiləri edam etmək lazımdır. Uşaq qatillərini edam etmək lazımdır. Əfsus ki, bizdə bu, yoxdur. Onu Allaha tapşırıram. Yarəbbim, o insanı cəzalandır. Mən özümə iki gündür gələ bilmirəm. O uşaq hər bir ananın balası idi”.

Ölkə başçısına müraciət edən Rəsulova körpənin ölümünə səbəb olan məşqçiyə ən ağır cəzanın verilməsini istəyir:

“Bir ana kimi sizə yalvarıram, o vəhşiyə ən ağır cəzanı verin. Çox şey yazardım, yaza bilmirəm, boğuluram”.

Tacxeber.com

Oxşar xəbərlər

Qalib gələn nəsillər normal cəmiyyətlər inşa edə bilir.

admin

“Sərhədsiz Reportyorlar”: “Sevincin anası qızına tort gətirəcək, lakin onu ancaq dəmir barmaqlıqlar arasından ötürə biləcək”

admin

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü – FOTO

admin