16 C
Bakı
26 Sentyabr 2025 03:31
Cəmiyyət

“Məşədi Dadaş məscidinə imam təyin olunmağımı kədərlə qarşıladım” – Əli Şərbətov

 

“Düzünə qalsa, Məşədi Dadaş məscidinə imam təyin olunmağımı kədərlə qarşıladım. Hacı Şahin Həsənlinin yerinə gəlməyə görə adam üzülür, o, böyük ustad, böyük alim, hər kəsə örnək idi”.

Bu sözləri Teleqraf.com-a bu gün Məşədi Dadaş məscidinə imam təyin olunan Əli Şərbətov deyib.

“Lakin bəzi vacib məsələlərə görə razılaşmalı oldum. Hacı Şahinlə şəhidlərimizin anım tədbirlərində tez-tez görüşmüşük, gözəl münasibətimiz olub. Böyük qəlbli bir insanı itirmişik, bu, bizim üçün ağırdır. Allahın dinini hacının dəst-xəttini saxlamaqla çatdırmağa çalışacağıq, əlimizdən gələni edəcəyik. Düzdür, hacının yerini tutmaq mümkün deyil, onun qəlbimizdə ayrı yeri var. O, məsciddə bütün işləri qaydasına qoyub, nizama salıb, vətənpərvərlik aşılayır, dinimizi gözəl şəkildə təbliğ edirdi. Biz də onun bu işini davam etdirməyə çalışacağıq”, – deyə qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Yüksək vəzifəyə təyin olunan 35 yaşlı Elmir Ramazanovla bağlı maraqlı məlumatlar…

redaktor

Ukraynadan Diaspor Komitəsinə sərt müraciət: “Biraz vicdanlı, bir az azərbaycanlı olun”

redaktor

Nigarın “oğluma atasız qız almaram” sözündə Ramiz Mehdiyev detalı

redaktor