31 C
Bakı
13 Avqust 2025 17:50
Hadisə

Fərid Bakarovun anası oğlunun ölümü ilə nəticələnən hadisənin təfərrüatını danışdı – VİDEO

 

“Bircə ona pis oluram ki, uşağım o dünyaya ac getdi”.

Bu sözləri Baku TV-nin “Arzunun vaxtı” verilişində aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun anası Aynur Məlikova deyib.

O bildirib ki, oğluna məşqçisi Mehman Xəlilov tərəfindən idman zalında şiddət göstərilməsi videosunu sosial şəbəkədə görüb.

Mərhum azyaşlının anası onu da qeyd edib ki, oğlunun nəşinin tabutda aparıldığını öz gözləri ilə görüb:

“Morqa getdim, amma nə əlim uşağıma dəydi, nə də kəfənini gördüm”.

7 yaşlı Fəridin anası övladının ölümünə səbəb olan Mehman Xəlilovun layiq olduğu cəzanı almasını istəyir:

“Ona haqq qazandıranlara haqqımı halal etməyəcəyəm”.

 Tacxeber.com

Oxşar xəbərlər

Rusiya gəmisi Oxot dənizində yanır

redaktor

Azərbaycanda sabiq güləşçi maşında yanaraq öldü

redaktor

Sənədsiz evi olanlara ŞAD XƏBƏR – Bu tarixdən “kupça” veriləcək

admin