16 C
Bakı
26 Sentyabr 2025 22:48
Cəmiyyət

“Fast food” mədə-bağırsaq xəstəliyi yaradır

“Fast food” mədə-bağırsaq xəstəliyi yaradır

 

Gərgin iş qrafiki, vaxt çatışmazlığı ilə əlaqədar olaraq çox vaxt hazır və yarımfabrikat qidalara üstünlük verənlər olur. Bunun nəticəsində bir sıra mədə-bağırsaq xəstəlikləri meydana çıxır. Əvvəllər 40-50 yaşda olanlarda rast gəlinən həmin xəstəliklər hazırda azyaşlılar arasında da özünü büruzə verir.

Tacxeber.comxəbər verir ki, həkim-qastroenteroloq Nuranə Quliyevanın sözlərinə görə, tez və asan hazırlanan qidaların tərkibində çox vaxt doymuş və transyağların, natriumun miqdarı çox olur, həmçinin fastfud qidalara aid olan qazlı içkilər ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır. Bundan başqa şəkərli diabet, qaraciyər və mədəaltı vəzin piylənməsi kimi bir çox xəstəliklərə səbəb olur. Fastfudlarla qidalanmağa üstünlük verənlərin mədə-bağırsaq xərçəngi riskində artım olduğu müəyyən edilib.

Mədə-bağırsaq xəstəlikləri vaxtında müalicə edilmədikdə ağır fəsadlarla nəticələnə bilər. Bunun qarşısını almaq üçün görülməli tədbirlər barədə danışan həkim-qastroenteroloq deyib:

“Mədə-bağırsaq xəstəliyi əlamətləri özünü qıcqırma, gəyirmə, epoqastronal nahiyədə yanğı, ağrı hissi, qəbizlik, ishal, qarın ağrıları, göbək ətrafında ağrılar, ürəkbulanma, öyümə hissi, sağ ağırlıq hissi, hətta udqunma çətinliyi kimi əlamətlərlə özünü büruzə verə bilər. Həmin əlamətlər müşahidə ediləndə nəinki fastfud qidalardan imtina etmək, dərhal həkimə müraciət etmək vacibdir”.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail ordusu İran raketlərini ƏLƏ KEÇİRDİ

redaktor

O meyxanaçıları həbs etmək lazımdır – Xanəndə Baləliyə etiraz etdi

redaktor

Xamenei: Biz heç vaxt sionistlərlə danışıqlar aparmayacağıq

redaktor